İtaliyada koronavirus xəstələrinin sayı 26 min 62 nəfərə çatıb. Vəfat edənləri və sağalanları da əlavə etsək, ölkədə ümumilikdə 31 min 506 yoluxma halı qeydə alınıb.
“HaberGlobal”ın məlumatına görə, bu barədə İtaliyanın Mülki Müdafiə üzrə baş direktoru Angelo Borrelli açıqlama verib.
Baş direktorun sözlərinə əsasən, ötən günlə müqayisədə, ölənlərin sayı 345 nəfər artıb və ümumilikdə 2503-ə çatıb.