Özbəkistanda koronavirusa yoluxanların sayı 37-yə çatıb


Özbəkistanda koronavirusa yoluxanların sayı 37 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirus ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşı olan qadında aşkar edilib. Həmin qadın ailə üzvlərini və yaxın qohumlarını koronavirusa yoluxdurub.

Koronavirusla əlaqədar Özbəkistanın xarici dövlətlərlə aviasiya, dəmir yolu və avtonəqliyyat əlaqələri, bütün kütləvi tədbirlər, o cümlədən Novruz şənlikləri dayandırılıb. Ölkədə teatrlar, kinoteatrlar, diskotekalar, uşaq oyun salonları bağlanıb.