Dalay-lama karantinə yerləşdirilib


Tibet buddistlərinin lideri Dalay-lama koronavirus epidemiyasından sığortalanmaq məqsədilə karantinə yerləşdirilib.

Oxu.az bildirir ki, bu haqda Dalay-lamanın Rusiya, MDB ölkələri və Monqolustan üzrə nümayəndəsi Telo Tulku Rinpoçe açıqlama verib.

O əlavə edib ki, COVID-19 epidemiyasının yayılmağa başladığı ilk günlərdən Dalay-lamanın iştirakı ilə keçirilən bütün tədbir və mərasimlər ya ləğv edilib, ya da təxirə salınıb.

Qeyd edək ki, Tibetin dini lideri Dalay-lama hazırda Hindistan ərazisində yaşayır.