Moskvada özünütəcrid rejimini pozanlar cərimə olunacaq


Moskva hökuməti özünütəcrid rejimini pozanları cərimələyəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bununla bağlı Rusiya paytaxtının meri Sergey Sobyanin əmr imzalayıb.

Əmrə əsasən, özünütəcrid rejimini pozan şəxslər 4 min rubla qədər cərimələnəcək. Özünütəcrid rejimini ikinci dəfə pozma halına görə isə 5 min rubla qədər cərimə tətbiq ediləcək.

Vəzifəli şəxslər özünütəcrid rejimini pozduğuna görə 30 mindən 50 minə rubla qədər, hüquqi şəxslər isə 200 mindən 500 min rubla qədər cərimə olunacaqlar.