Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi


ABŞ prezidenti Donald Tramp əmindir ki, koronavirus pandemiyasına baxmayaraq, ölkədə seçkilər planlaşdırıldığı kimi noyabrın 3-də keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Ümumi seçkilər noyabrın 3-də keçiriləcək", - ABŞ prezidenti bununla bağlı suala cavabında deyib.

Prezident bu halda poçt ilə səsvermə variantını rədd edib. "Yox, çünki bir çox insanlar poçt ilə səsvermədə fırıldaq işlədirlər. İnsanlar seçki məntəqələrinə gəlməli və şəxsiyyət vəsiqəsini təqdim etməlidir”, - Tramp vurğulayıb.

“Əgər kimsə sənəd vermək istəmirsə, deməli, fırıldaq işlətməyə hazırlaşır", - Ağ Ev rəhbəri əlavə edib.

ABŞ-da seçki kampaniyası koronavirus pandemiyasına görə dayandırılıb.