Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanlaın sayı 20 nəfər artaraq 241-ə çatıb.
Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-ın müxbirinə verilən məlumata görə ölkədə koronavirus birinci dəfə martın15-də Fransadan gələn Özbəkistan vətəndaşında aşkar olunub. Bu müddət ərzində koronavirusdan 25 nəfər tam sağalıb, 2 nəfər həyatını itirib.
Özbəkistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə hazırda stasionar və ev şəraitində karantində 100 min nəfər var.