Britaniyada koronavirusdan ölənlərin sayı 10 mini keçib


Son sutka ərzində Britaniyada daha 5 min 288 nəfər yeni tip koronavirusa (COVID-19) yoluxub.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da ölkədə  koronavirusa yoluxanların ümumi sayı 84 min 279 nəfərə çatıb.

Britaniyada koronavirusa (COVID-19) yoluxma nəticəsində ölənlərin sayı isə son sutka ərzində 737 nəfər artaraq 10 min 612 nəfərə çatıb.