Rusiya Prezidenti Bladimir Putinin son açıqlamalarının birində koronavirusla bağlı danışarkən peçeneq və qıpçaq hücumlarını yada salmasının səbəbini izah etməkdə çətinlik çəkirəm.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib.
“Dəqiq onu deyə bilərəm ki, Putin Rusiya tarixini çox yaxşı bilir. O, həmişə tarixi materiallar oxuyur – bunlar memuarlar və digər materiallardır – və onunla tarixi mövzuda mübahisə etmək çox çətindir”, - Peskov deyib.
Kreml sözçüsü də təkrarlayıb ki, peçeneqlər də keçdi, qıpçaqlar da keçdi və koronavirus da keçəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin qubernatorlarla Rusiyada koronavirusa qarşı mübarizə ilə bağlı telekonfransın sonunda çıxışı zamanı demişdi: “Hər şey ötüb keçir, bu da keçəcək. Ölkəmiz dəfələrlə ciddi sınaqlardan keçib: həm peçeneqlər, həm də qıpçaqların çox cəhdi ilə rastlaşmışıq, Rusiya hər şeyin öhdəsindən gəlib...”