Ərdoğan Soylunun istefasını qəbul etmədi 


Türkiyə Prezidenti Ərdoğanın Süleyman Soylunun istefasını qəbul etməyəcəyinə inanmıram.

Axar.az xəbər verir ki, bu sözləri Cüneyt Özdəmirin canlı yayımına qatılan türkiyəli tanınmış jurnalist və Süleyman Soylunun dostu Hadi Özisk deyib.

O bildirib ki, S.Soylunun kənarda qalacağını da düşünmür:

“Süleyman Soylu prezidentə və dövlətə çox bağlı, təcrübəli bir şəxsdir. Onun hökumətdən kənarda qalmayacağını düşünürəm. Ancaq hesab etmirəm ki, indiki halda hörmətli Ərdoğan onun istefasını qəbul etməsin”.

H.Özisk “bu gecənin uzun bir gecə” olacağını, ciddi qərarların gözlənildiyini də qeyd edib.

O vurğulayıb ki, S.Soylu terrora qarşı mübarizədə böyük uğurlar qazanıb, gecəsi-gündüzü olmayıb, evində belə doğru-dürüst yatmayıb:

"Soylu illərdir özünü bu işə, vətənə fəda edib. Onun özünü, ailəsini terorçular dəfələrlə təhdid edib. Amma onun da bezdiyi, yorulduğu bir məqam var".

***

Canlı yayıma bağlanan qəzetçi Candaş Tolqa Rəcəb Tayyib Ərdoğanın bu istefaya isti baxmadığını və istefanı qəbul etmədiyini bildirib:

"Mən Ərdoğanın yaxın ətrafı ilə əlaqə qurdum, onlar təsdiqlədilər ki, Ərdoğan bu istefaya isti yanaşmayıb. Bu dəqiqəyə olan məlumata görə, Ərdoğan istefanı qəbul etməyib. Ərdoğan bu istefanı eşidəndə, narahat olub".

Candaş Tolqa bildirib ki, Ərdoğanın bu məsələdə təkid edəcəyi və yaxud Süleyman Soylunun fikrindən dönüb-dönməyəcəyi bundan sonra bilinəcək.

Tolqa həmçinin S.Soylunun istefa səbəbini açıqlayıb:

"Sosial mediada olan yanaşma sanki Soylunun istefasını thrik edirdi. Soylu da bunu hiss edən bir siyasətçidir. Düşünürəm. onun gördüyü işin həcminə görə bu rekasiya Soylunu bu addımı atmağa sövq edib".