Məlum olduğu kimi Gürcüstanda xristian əhali Pasxa bayramını qeyd edir.
24News.ge Birinci kanala istinadən xəbər verir ki, mövcud koronavirus təhlükəsi ilə əlaqədar polis Tbilisi və bölgələrdə qəbiristanlıqlar önündə nəzarəti gücləndirib.
Hökumətin qərarı əsasında, 17 aprel tarixindən etibarən, 10 gün müddətində qəbiristanlıqlar ərazisində giriş qadağan edilib. Sadəcə dəfn işləri zamanı qəbrisitanlığın ərazisinə girişə icazə verilir.
Qeyd edək ki, Pasxa bayramı ərəfsində ölkənin xristian əhalisi yaxınlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlıqlara axın edirlər.