Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional problemlər də müzakirə edilib.
Liderlər koronavirusun insan həyatına və iqtisadiyyata təsirlərinə qarşı birgə mübarizə aparmaqla bağlı razılığa gəliblər.