“ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus həkim deyil. İki siyasi partiyaya yaxın olan bir siyasətçidir”
ABŞ prezidenti Donald Tramp və Ümumdünya Səhiyyə Təşkilatı arasında ciddi böhran yaşanmaqdadır. Məlum olduğu kimi bir neçə gün əvvəl Amerika rəhbəri Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırdığını açıqlayıb. Tramp epidemiyanın dünyada yayılmasında ÜST-nin ciddi məsuliyyət daşıdığını və bu baxımdan təşkilatın dünyanı yanıltdığını iddia edib. Təşkilatın Çinə çalışdığını iddia edən Tramp orada nələrin baş verdiyini bildiyini söyləyib. Vaşinqtonun təşkilata 400-500 milyon dollar arasında yardım etdiyini ifadə edən Tramp, Çinin yalnız 40 milyon dollar verdiyini açıqlayıb. Ağ Ev rəhbəri Ümumdünya Səhiyyə Təşkilatını sərt şəkildə tənqid edib, təşkilatı Çinin tərəfində durmasında ittiham edib.
Ötən gün isə Donald Tramp və Fransanın dövlət başçısı Emmanuel Makron Ümumdünya Səhiyyə Təşkilatını islah etmək barədə razılığa gəliblər. Göründüyü kimi Tramp ÜST-ə qarşı özünə tərəfdaş toplamaqdadır. Ancaq Rusiya rəsmiləri quruma təzyiq edilməsini pisləyiblər.
“Çinin arxasında Rotşild ailəsi durur və ölkədəki sərmayə onlara aiddir”
Trampın ÜST-ə qarşı müttəfiq toplaması ilə bağlı “Sherg.az”a danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, ABŞ prezidentinin ÜST-ü hədəf alan açıqlamalar verməsi və illik 500 milyon dollar yardımı kəsməsi Trampın qurum haqqında gizli məqamları bildiyini göstərir .
Siyasi şərhçinin sözlərinə görə, ÜST-ün baş katibinin pandemiya başlayarkən ciddi tədbirlər görməməsi, ölkələri vaxtında xəbərdar etməməsi Amerika prezidentinin təşkilata şübhə ilə yanaşmasına əsas verib:
“ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus olsa da, o, həkim deyil. İki siyasi partiyaya yaxın olan bir siyasətçidir. Onun milyarder Bill Qeytslə yaxın əlaqələrinin olduğu, milyarderin ÜST-ün büdcəsinə hər il 150 milyon dollar yardım etdiyi də məlumdur. Təşkilatın idarə heyətinin üzvləri arasında dərman istehsalı ilə məşğul olan keçmiş idarəçilər və hətta “evangelistlər”in olduğu da məlumdur. Bill Qeyts bu təşkilatı “Bill” və “Melinda Qeyts” fondları vasitəsi ilə maliyyələşdirir. Deyilənə görə, məqsəd insanlara aşılanma adı ilə çiplər yerləşdirməkdir. Trampın hakimiyyətə gəldikdən sonra Rotşildlərə və evangelistlərə qarşı mübarizə apardığı məlumdur. Bu mübarizə əslində gizlində gedir və dünya güclərinin qarşılıqlı mübarizəsinə çevrilib. Çinin arxasında Rotşild ailəsi durur və Çindəki sərmayə də onlara aiddir. Amerikada isə onları evangelistlər və Pentaqon dəstəkləyir. Tramp bunları bildiyi üçün virus pandemiyasının günahını Çində və ÜST-də görür”.
Ekspert xatırladıb ki, son günlər virus pandemiyasının başladığı Çinin Vuhan şəhərində yerləşən mikrobioloji labaratoriyanın Bill Qeytslə yazışmaları hakerlər tərəfindən ortaya çıxarılıb:
“Məlum olub ki, bu virus laboratoriyası Bill Qeytsin göstərişləri əsasında hərəkət edirmiş. Hətta həmin laboratoriyanın əməkdaşının Vuhan heyvan bazarına buz içərisində torba qoyduğu şəkil də yayılıb. Beləliklə buz əridikcə virus azad olub və bazarda yayılmağa başlayıb. Proseslər getdikcə daha ciddi hal alacaq. Rusiya əslində bu oyunda öz hegemonluğunu sübut etmək istəyinin qurbanına çevrilib. Atom silahından başqa real gücə sahib olmayan Rusiya dünyadakı hər ciddi məsələnin içərisində olmaq istəyir. Bu baxımdan əgər Amerika başçısı hansı təşkilatı və ya ölkəni pisləyirsə, Rusiya bunun əksini edir. Rusiyanın ÜST-ü və Çini müdafiə etməsində bundan başqa məntiq yoxdur. Amerika təbii ki, beynəlxalq güc kimi istər Çinin, istərsə də Rusiyanın üzərinə getməkdə maraqlıdır. Mübarizə açıq qarşıdurmaya gətirməsə də, yeni sanksiyalara Çinə qarşı maliyyə təzminatı həddinə qədər gedəcək”.