Hindistan bütün mümkün neft saxlama anbarlarını doldurur.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın Neft, Təbii qaz və Polad naziri Dharmendra Pradhan deyib.
O bildirib ki, Hindistanda neftə tələbatın azalması 90-92 faiz səviyyəsində idi. Lakin ötən həftədən etibarən ölkədə iqtisadi aktivlik yavaş-yavaş bərpa olunur və tələbat artmağa başlayır.
Nazirin sözlərinə görə, Hindistanın 5,3 milyon ton neft saxlamaq üçün strateji imkanları var və mayın ortalarına qədər onlar doldurulacaq. Həmçinin Hindistan şirkətlərinin müqavilələr çərçivəsində artıq alınan və tankerlərdə saxlanılan 7 milyon ton nefti var.