Tacikistanda 5 maqnitudalı zəlzələ olub


Tacikistanda 5 maqnitudalı zəlzələ olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.55 radələrində baş verən zəlzələnin ocağı paytaxt Düşənbənin Vəhdət rayonundan 5 km uzaqlıqda yerləşib.

Düşənbədə zəlzələ 4 maqnituda gücündə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.