Böyük Britaniya hökuməti koronavirusun yayılmasına qarşı kampaniyanın "Evdə qal" şüarını "Ayıq ol" ilə dəyişdi.
Trend-in məlumatına görə, bu barədə baş nazir Boris Conson "Twitter" səhifəsində yazıb.
O bildirib ki, hər bir britaniyalı ayıq olaraq və qaydalara əməl edərək virusa qalib gəlməyə kömək edir. Bununla bağlı baş nazir bir daha koronavirus əlamətləri olanları və onların ailə üzvlərini özünü təcrid rejimində qalmağa çağırıb.
"Ayıq olun. Koronavirusu nəzarətdə saxlayın. Həyatları xilas edin", - yazaraq B.Conson yekunlaşdırıb.
Bildirilir ki, baş nazirin karantinin mərhələli yumşaldılması planına dair bu axşam telekanallarda çıxışı gözlənilir.