Əfqanıstanda xəstəxanaya hücum: ölənlər var


Əfqanıstanın paytaxtı Kabil şəhərində xəstəxanaya hücum nəticəsində 5 nəfər ölüb.
APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, hadisə Kabilin qərbində Dəşt-e-Barçi ərazisində baş verib.
Silahlılar “Sərhədsiz həkimlər” təşkilatına məxsus xəstəxanaya hücum edib.

Daxili İşlər Nazirliyindən bildirib ki, hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib, xəstəxanadan 40 nəfər təxliyə olunub.

Məlumata görə, hücumda ən azı 5 nəfər ölüb, onlardan 3-ü qadın, biri uşaq, digəri isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Hücum zamanı 4 nəfərin yaralandığı bildirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hücumu hərbi geyimdə olan 3 nəfər törədib.

Baş verən hücuma görə "Taliban" hərəkatı məsuliyyəti öz üzərinə götürməyib.