Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni tip koronavirusa yoluxduğunu deyib. Sputnik Azərbaycan xəbər verir ki, Peskov özü bu barədə RİA Novosti-ni məlumatlandırıb.
Prezidentin mətbuat katibi hazırda xəstəxanadadır.
Xatırladaq ki, aprelin 30-u Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustin ölkə Prezidenti Vladimir Putinə koronavirusa yoluxduğu barədə məlumat verib.
"Hörmətli Vladimir Vladimiroviç, indicə məlum oldu ki, koronavirusa görə verdiyim testlərin nəticəsi müsbət olub", - Mişustin videokonfrans zamanı Putinə deyib.
Həmçinin Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfat naziri Vladimir Yakuşevdə və Mədəniyyət naziri Olqa Lyubimovada da koronavirus aşkarlanıb.