Həsən Ruhani ABŞ-ı İran tankerlərinə problem yaratmamağa çağırıb


Prezident Həsən Ruhani ABŞ-ın Venesuelaya yanacaq daşıyan 5 İran tankeri üçün maneə yaradacağı halda, cavabsız qalmayacağını açıqlayıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, Ruhani əminliklə vurğulayıb ki, Tehran Vaşinqtonla qarşıdurma yaratmaqda maraqlı deyil.


Qeyd edək ki, Pentaqon sözçüsü Jonatan Hoffman öz növbəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin indiyə qədər sözügedən 5 İran tankeri ilə bağlı heç bir göstəriş almadıqlarını bildirib.