Tacikistanda son iki sutka ərzində 400-ə yaxın insan koronavirusa yoluxub


Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2738 nəfərə çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 388 nəfər artıb və 2738-ə çatıb.

Məlumatda bildirilir ki, indiyədək Tacikistanda COVID-19 koronavirusundan 1223 nəfər sağalıb, 44 xəstə həyatını itirib.

Hazırda Tacikistanda 3928 insan karantindədir.

Xatırladırıq ki, Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq qeydə alınıb.