ABŞ-da qaradərili Corc Floydun polis şiddətiylə öldürülməsindən sonra başlayan və dünyanın dörd bir tərəfinə yayılan etiraz aksiyaları davam edir. "Polis təşkilatlarını dağıdın" çağırışlarına reaksiya verən ABŞ lideri Donald Tramp, ölkədəki polis şiddətinə istiqamətli müzakirələrə bağlı açıqlama verib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da Demokrat Konqres üzvləri, Floydu 8 dəqiqə 46 saniyə boyunca diz çökərək anıb. Digər yandan Floydu həbs edərkən dizini onun boynuna sıxaraq ölümünə səbəb olmaqda günahlandırılan keçmiş polis məmuru Derek Chauvin ilk dəfə hakim qarşısına çıxarılıb.
ABŞ-da hazırda gərginlik davam edir. ABŞ lideri Donald Tramp, "Təhlükəsizlik güclərimiz sayəsində artıq ölkəmizdə daha az cinayət törədilir. Mən bununla qürur duyuram. Polis təşkilatımızı dağıtmırıq, maliyyə qaynaqlarını da kəsmirik. Polislərimizi tərxis etmirik" bildirib.
Ölkədəki dincliyin polis sayəsində olduğunu vurğulayan Tramp, "Polis təşkilatında pis aktorlar olmadığından əmin olmaq istəyirik. Son dövrdə şahid olduğumuz kimi, çox qorxunc şeylər gördüyümüz zamanlar olur. Ancaq polislərin yüzdə 99 faizinin yaxşı insanlar olduğunu söyləyə bilərəm" deyə vurgulayıb.
Tramp daha sonra bildirib ki, polis təşkilatlarındakı çətinliklərin aradan qaldırılması üçün işlər davam etdirilir:
"Floyda olanlar və əvvəlində yaşananların bir daha olmaması üçün, daha nəzakətli bir tərzin seçilməsi mövzusunda müzakirələr aparırıq. Ancaq, dünyadakı ən yaxşı təhlükəsizlik güclərindən imtina edə bilmərik.
Turan