Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili, ölkədə maska taxmaq nə vaxta qədər məcburi olacağına açıqlama verib.
24News.ge xəbər verir ki, Oxanaşvili maska taxmaq məcburiyyətinin 15 iyul tarixinədək davam edəcəyini bildirib.
Onun sözlərinə görə, bu etapda maska taxmaq 15 iyuladək məcburi olacaq, lakin 15 iyuldan sonra maska taxmağın yenidən məcburi olub-olmaması ölkədə epit vəziyyətlə bağlı olacağını deyib.
“Maska taxmaqın məcburi olması insanları cərimələmək üçün deyil, qorumaq üçündür. Bu qayda hələki 15 iyuladək davam edəcək. Bundan sonra ölkədəki epit vəziyyəti nəzərə alaraq maskaların taxılması yenidən məcburi olub-olmaması qərarını verəcəyik”, - deyə Oxanaşvili bildirib.
Xatırladaq ki, Gürcüstanda qapalı yerlərdə və ictimai nəqliyyata maska taxmaq məcburidir.