İranın Fars əyalətində 4,6 və 4,7 bal gücündə iki zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Yeraltı təkanlar gecə yarısı Fars əyalətinin Birəm bölgəsində 9 və 11 km dərinlikdə qeydə alınıb. Zəlzələ əhali arasında təşvişə səbəb olub. Sakinlər küçədə gecələyib. Dağıntı və tələfat haqda məlumat verilməyib.
Xatırladaq ki, iyunun 9-da bu bölgədə 5,1 bal gücündə zəlzələ baş vermişdi.