“Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vaşadze eks prezident Mixeil Saakaşvilinin “vahid siyahı” təşəbbüsünə münasibət bildirib.
24News.ge xəbər verir ki, Vaşadze Saakaşvilinin təşəbbüsünü xoş qarşılayıb və maraqlı olaraq dəyərləndirib.
Vaşadze müxalifətin birləşib, birlikdə mübarizə aparmasının daima tərəfini tutduğunu və bu yolda səslənən bütün fikirləri xoş qarşıladığını deyib.
“Mən və “Yeni Gürcüstan” komandası müxalifətin məsləhətləşməsinin və qələbə çalma ideyasının daima təşəbbüskarlarından olmuşuq. Bu yolda səslənən bütün fikirlər xoş və qəbul ediləndir. Ona görə də Saakaşvilinin “vahid siyahı” ideyası bizm üçün çox maraqlıdır”, - deyə Vaşadze bildirib.
Qeyd edək ki, Mixeil Saakaşvili parlament seçkilərində müxalifət güclərin vahid siyahıda təmsil olunması təşəbbüsünü irəli sürüb.