Çinin Uhan şəhərində səlahiyyətlilər asimptomatik koronavirus daşıyıcısı qalmadığını açıqlayıb.
Bu barədə “RİA Novosti” şəhər səhiyyə komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, iyunun 15-də heç bir asimptomatik daşıyıcı aşkarlanmayıb və virusa yoluxan şəxslə təmasda olan bir nəfər də müşahidə edilməyib. Son üç asimptomatik xəstə iki dəfə testdən keçərək mənfi nəticə ilə karantindən evə buraxılıb.