Vaşinqton Universiteti yanında Tibbi Göstəricilər və Qiymətləndirmə İnstitutu 2020-ci ilin oktyabrında ABŞ-da koronavirus qurbanlarının sayının 200 000-i keçəcəyini proqnozlaşdırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Universitetin mütəxəssislərinin yaratdığı kompüter modelinə əsasən, 2020-ci il oktyabrın 1-də ABŞ-da koronavirus qurbanlarının sayı 201 129 nəfər olacaq.
Alimlər qeyd ediblər ki, ABŞ-da ölüm hallarında pik hədd aprelin 16-da qeydə alınıb. Həmin gün 2 287 nəfər koronavirusdan dünyasını dəyişib.