Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Koreya yarımadasındakı mövcud vəziyyətdən narahatlığını ifadə edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin yaydığı rəsmi məlumatda bildirilib.
Baş katib tərəfləri sülhə və firavanlığa fayda gətirən dinc həll yolunun - dialoqun bərpa edilməsinə çağırıb.
Qeyd edək ki, ötən gün Şimali Koreya hökuməti Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan istirahət zonası ətrafına qoşun yeridib.
Daha əvvəl Şimali Koreya Kesondakı rəsmi Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partlatmışdı.