Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) sədri Nurlan Niqmatulin koronavirusa yoluxub.
Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Məclisin spikerindən 16 iyunda götürülmüş növbəti test nümunələri müsbət nəticə verib.
Palata sədrinin xəstəliyi simptomsuz keçirdiyi və özünütəcrid rejimində qaldığı qeyd olunub.