İranda koronavirusun yayılması və ölüm hallarının artması davam edir. Son 24 saat ərzində 2445 nəfər virusa yoluxub, 121 nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 209 min 970-ə, ölənlərin sayə isə 9863-ə yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 169 min 160 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 2864 xəstənin vəziyyəti ağır olaraq qalır.
İranda vəziyyətin belə ağır olmasını mütəxəssislər karantin tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirir və qeyd edirlər ki, infeksiyanın yayılmasının ikinci dalğası başlayıb. İran rəsmiləri karantin tədbirlərinin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildiriblər.