Ermənistan parlamentinin iki deputatı koronavirusa yoluxub.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, hakim "Mənim addımım" partiyasının deputatları Kristine Poqosyan və Viktor Yengibaryanın testi müsbət nəticələnib.
Hər iki deputat özünütəcrid formada, evdə müalicələrini davam etdirir.
Bundan əvvəl, Ermənistan parlamentinin vitse-spikeri Vahe Enfiacyan COVID-19-a yoluxduğunu elan etmişdi.