Üç ildə iki dəfə lotoreyadan milyonlar qazandı


ABŞ-ın Miçiqan ştatının sakini Mark Klark son üç ildə ikinci dəfə lotereyada böyük məbləğ udub.

Bu dəfə onun bəxtinə 4 milyon dollar (6,8 milyon manat) düşüb.

Bu barədə UPI agentliyi məlumat yayıb.

Mətbuata açıqlama verən M.Klark lotereyanın üzərində olan parıltılı sahəni atasından qalma sikkə ilə pozduğunu, bu qiymətli metal parçasının ona uğur gətirdiyinə inandığını bildirib.

Lotereyanın qalibi udduğu vəsaiti iki il əvvəl olduğu kimi, özünə və ailəsinə sərf edəcəyini bildirib:

“2017-ci ildə işdən çıxdım və vaxtımı balıq ovunda keçirdim. Atam və mən həmişə birlikdə balıq tutardıq, o günlərdən gözəl xatirələrim var. Buna görə də, balıqçılıqla məşğul olmağa, oğlum və ailəmlə vaxt keçirməyə davam edəcəyəm”.