Moskvada koronavirusdan daha 13 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".