ABŞ-ın Tramp - Kim Çen In görüşü üçün şərti açıqlandı

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında zirvə görüşü yalnız Amerika tərəfi həmin görüşdən sonra hər hansı razılığın əldə olunacağına əmin olduqda keçirilə bilər.
“Fox News”a bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.
M.Pompeo bildirib ki, ABŞ Şimali Koreya tərəfinin nüvəsizləşdirmə istiqamətində addım atmağa hazır olmasını gözləyir.