Dünyada koronavirusdan ölənlərin sayı 600 mini ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 600 mini keçib.
APA-nın “worldometers”ə istinadən verdiyi xəbərə görə, dünyada virusdan ölənlərin sayı 600 238 nəfərə çatıb.
Dünyada COVID-19-a yoluxanların sayı 14 228 185, xəstəlikdən sağalanların sayı isə 8 495 122 nəfərdir.