"Google Chrome"un 84-cü versiyası gəlir: hansı yeniliklər olacaq?

Google şirkəti Chrome brauzerini 84-cü versiyaya kimi yeniləyib.
Lent.az "technote"a istinadən xəbər verir ki, yenilənmiş Chrome bir çox dəyişikliklərə məruz qalıb və yeni funksiyalar əldə edib.
Yeni funksiyalar arasında bezdirici və dələduz bildirişlərin bloklanması, özəl məlumatların yığılmasının məhdudlaşdırılması, veb tətbiqlərlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi və s. var.