Zelenski “Xruşşov bağı”nda istirahət edəcək


Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinin Biryuçi adasında yerləşən “Xruşşov bağı”nda istirahət edəcək.

Axar.az xəbər verir ki, bu barədə politoloq Taras Çernovol yazıb.

Onun sözlərinə görə, ada Azov-Sivaş qoruğunda yerləşsə də, Ekologiya Nazirliyinə deyil, Ukraynanın Dövlət İşləri üzrə İdarəsinə məxsusdur.

Zelenskinin adada 10 gün qalacağı bildirilib.

Qeyd edək ki, iqamətgah Nikita Xruşşovun SSRİ rəhbəri olduğu zaman tikilsə də, adıçəkilən şəxs ora yalnız bir dəfə gedib.