50 yaşlı kişinin dördüncü arvadı olmaq istəmədi, qaçdı: Dünya onun həyat hekayəsini danışır


Dünya Belçikada gözəlik yarışmasının namizədlərindən birinin qeyri-adi həyat hekayəsini danışır. 12 yanvar, 2001-ci ildə doğulan gənc qızın bütün həyatı BBC tərəfindən xəbərə çevrilib.



Sherg.az xarici media istinadən xəbər verir ki,  yanvar ayında keçiriləcək "Miss Belgium 2021 Gözəlik yarışı"na qatılacaq 19 yaşlı Mahdia Karimy Belçikada məskunlaşma izini olan Əfqanıstan mənşəli bir mühacirdir.

Əfqanıstanın Məzarı Şərif şəhərində yaşayan Mahdia Karimyin, İran, Türkiyə və Egey dənizi üzərindən Avropaya qədər gəlib çıxan macərası, 14 yaşında atası öldürülərkən başlamışdı.



Məzarı Şərifdə güc və sərvət sahibi olan 50 yaşlarda bir kişi, 14 yaşına çatan Mahdianı özünə dördüncü həyat yoldaşı olmaq üçün atasından istəyib. Ancaq atası buna icazə verməyib. Mahdia Karimy sonra yaşananları bir qəzetə "Bu yaşanan müasir fikirli insan olan atamın başına bəla oldu. Bir müddət sonra qorxunc  şəkildə öldürüldü" deyə açıqlayıb.

Atasının öldürülməsindən sonra artıq etibarlı yerdə olmadıqlarını görən anası, əlində - ovucunda olanları sataraq Mahdia və ondan 7 yaş böyük qaradşını  ölkədən çıxarmaq üçün insan qaçaqmalçıları ilə əlaqəyə girib.

Əfqanıstandan çıxarılan Mahdia və qardaşı 40 - 50 nəfərlə birlikdə əvvəl İrana, oradan da Türkiyəyə keçib.

Səfər zamanı gecələr qadın və kişilərin bir-birindən ayrıldığını qeyd edən Mahdia, böyük qardaşı yanında olmadığı üçün, qorxudan yata bilmədiyini söyləyir.



Türkiyədən gəmi vasitəsi ilə Egey dənizinə çıxan Mahdia və qardaşı hətta boğulmaq təhlükəsi də yaşayıb. Uzun bir macəranın ardından Yunanıstana çatmağı bacarıblar. 2016-cı ildə Belçikaya gələn bacı-qardaş 1 ilə qədər mühacir düşərgələrində qalıblar.

Belçika rəsmiləri Gent şəhərinə daşınan böyük qardaşının sığınacaq müraciətini təsdiqləyib. Ancaq Mahdianın söylədiklərini inandırıcı saymayaraq ona sığınacaq hüququ  verməyiblər.
Mahdia Belçikaya gəldiyi zaman 15 yaşında olduğunu bildirdə də, rəsmilərin araşdırmasında 18  yaşı olduğu üçün müraciəti rədd edilir.

Daha sonra yenidən müraciət edən Mahdia Karimyə bu dəfə sığınacaq verilir. Dil kurslarından sonra orta təhsil almağa  başlayır. İndi həm işləyir, həm də oxuyur.




Əfqanıstanda gözəlik yarışması olmadığını söyləyən Mahdia, Belçikadakı yarışmanın elanını görüb və müraciət edir. Belçika qanunlarının fürsətlərindən faydalanmaq istədiyini söyləyən Mahdia Karimy, "Gözəllik kraliçası tacını taxa bilsəm, bu, bütün mühacirlərə nümunə olar. Mühacirlər, qorxulacaq insanlar deyil" deyı bildirib.

Turan