Gürcüstanda azərbaycanlı və ermənilər arasında mübahisə olub

Gürcüstanın Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə yaşanıb.

24News.ge xəbər verir ki, hadisə ötən gün ali məktəbin həyətində baş verib.

Məlumata görə, insidentə son günlər Azərbaycan-Ermənistan sərhədindəki gərginlik səbəb olub.

Polisin müdaxiləsi nəticəsində gənclər arasında mübahisə fiziki qarşıdurmaya keçməyib.

Universitetin rektoru Maka Beridze yerli mətbuata faktı təsdiqləyib. Onun sözlərinə görə, tələbələr arasında qarşıdurma ciddi olmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni insident kimi qeydə almayıb.

Mübahisədə iştirak edən azərbaycanlı gənclər Axıska türkləri olan Azərbaycan vətəndaşlarıdır.

Ali məktəbin tələbəsi olan 18 Azərbaycan vətəndaşı artıq Tbilisiyə təxliyə olunub və hostelə yerləşdirlib.