"Gürcü Arzusu" partiyası namizədlərin siyahısını təstiqlədi

"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Siyasi Şurası namizədlərin siyahısını təsdiqlədi.

24News.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının rəsmi Facebook səhvəsində məlumat verilib.

Məlumata əsasən partiyanın bu gün Siyasi Şurasının iclası olub və sabah ictimaiyyətə təqdim olunacaq bütün Gürcüstan üzrə majoritar namizədlərin siyahısı təstiqlənib.

"Gürcü Arzusu" seçki kampaniyasına 20 İyul, bazar ertəsindən etibarən başlayacaq.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək parlament seçkiləri 120/30 seçki sistemi ilə keçiriləcək, onlardan 30-u majoritar, 120-si isə proporsional sistemlə seçiləcək.