Tramp: “ABŞ dünyada koronavirusa qarşı istifadə olunan dərmanın 90 faizini alıb”

“ABŞ COVID-19-un müalicəsində istifadə olunan “remdesivir” preparatının dünyadakı ehtiyatlarının 90 faizini alıb”.
TASS-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mənim administrasiyam çox gözəl təsiri olan “remdesivir” preparatının dünyadakı ehtiyatlarının 90 faizi üzərində nəzarəti təmin edib”, - deyə D.Tramp bildirib.