Torpaq əsgərlərdən ibarət ordu

720 min insan inşa etdi
 

 Bu abidənin inşasında 720 min işçi çalışıb. Abidə qazıntı işləri zamanı təsadüfən aşkarlanıb. Üzə çıxan məzar isə kənd camaatını heyrətə gətirib. Bu, Çində tapılan 2 min il əvvələ aid bişmiş gildən ibarət qədim ordu abidəsidir. Abidə 1974-cü ildə sadə bir quyu qazılarkən aşkarlanıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, quyu qazan kənd camaatı abidəni təsadüfən üzə çıxarıb. Çinin Şanxay əyalətinin əhalisi içməli su sarıdan həmişə əziyyət çəkib. Odur ki, kəndlərdə yaşayan əhali zaman-zaman quyular qazaraq su axtarışına çıxırlar. Növbəti qazıntı zamanı isə kəndlilər gildən fiqur parçaları aşkarlayıb. Məlum olub ki, bunlar, miladdan öncə 221-ci ildə özünü Çinin ilk imperatoru elan eden Qin Shi Huangın qazılmamış məzarının yaxınlığında həqiqi insan və heyvan ölçülərində nəhəng əsgər və atlardan ibarət bir orduya aid abidələrdir. 1987-ci ildə bu abidə UNESCO tərəfindən Dünya Mədəniyyət Abidələri siyahısına daxil edilib. Arxeoloqların bildirdiyinə görə, imperator Qin Shi Huang, 500 mindən artıq əsgərdən ibarət ordusuyla Çini fəth edib, bununla yanaşı Çində o dövr üçün sivil sistem formalaşdırıb. Qazıntılar zamanı Qin Shi Huangun sarayının qalıqları, onu əhatə edən nəhəng ordu, gümüşdən düzəldilmiş su quşları abidələri də üzə çıxarılıb. Bu abidələr sanki canlıdırlar. Abidələr Çində dövlətçilik ənənələrinin əsrlər boyunca necə formalaşdığını göstərir. İmperiyanın paytaxtı Xianyang şəhəri olub, böyük bir metropol olub və burada 270-dən çox saray inşa edildiyi bildirilir. Lakin onlardan yalnız biri qorunub saxlanıb. İmperator  özü məzarlıq kompleksinin inşasına başçılıq edib. İnşaatda 720 min işçi çalışıb. Və 8 min əsgərdən 2 mini burada dəfn edilib. Şəhərdə uzunluğu 6 min kilometrə çatan, 12 metr genişliyində  yollar olub. İmperator ölümsüzlük axtarışlarına da çıxıb və Şərqi Çin dənizindəki adalarda guya sehirli otlar bitdiyini öyrənib ora dəstə-dəstə əsgərlər göndərib. Lakin onların heç biri geri qayıtmayıb. Beləcə, Çin imperatorunun eynilə Böyük İskəndər kimi ölümsüzlük axtarışları heç bir nəticə verməyib. İmperatordan geri qalansa, nəhəng abidələrdir.