Qida uzmanlarının, şeflərin tərəvəzləri tər saxlamaq sirri çözülüb. Mətbəxdə yemək bişirib, nahar süfrəsi hazırlayan hər bir qadın göyərtilərin təmiz yuyulmasına da diqqət edir. Lakin nə qədər su ilə yuyulsa da, suyun içində br müddət saxlansa da, göyərtilər bəzən torpaq qalıqları, bakteriyalardan tam təmizlənmir. Mütəxəssislər bunun asan yolunu öyrədib.
“Sherg.az”, “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bəzi tərəvəzlər yarpaqlarına ayrılaraq yuyulmalıdır. Məsələn, ispanaq, kələm – dəniz kələmi, gül kələm, turp, vəzəri (acıtərə). Hansı tərəvəzi yarpaqlarına ayırmaq mümkünsə, ayırıb yumaq lazımdır. Bu halda daha təmiz yuyulacaqlar, yarpaqlar arasında bakteriyalar qalmayacaq. Tərəvəzlərin yaxşı yuyulmasının bir üsulu da içində su olan qaba azacıq sirkə tökməkdir. Sirkə tərəvəz yarpaqlarında ola biləcək bakteriyaları, mikrobları, böcəkləri məhv edəcək. Sirkəli suda bir qədər saxladıqdan sonra tərəvəzləri çıxarıb adi su ilə durulamaq lazımdır. Sonra tərəvəzləri təmiz dəsmalın arasına qoyub suyunun çəkilməsini təmin etmək lazımdır. Bununla tərəvəzlər həm daha yaxşı təmizlənir, həm də uzun müddət tər qalacaqlar. Tərəvəzlər təmiz yuyulmadıqda daha tez xarab olurlar. Onların tez çürüməsinə məhz üzərlərində qalan bakteriya və mikroblar səbəb olur. Buna qarşı xanımlarn yardımçısı isə sirkədir.