11 yaşlı Əlif dumanda itib, qruplar səfərbər olub - FOTOLAR


Türkiyənin Giresun bölgəsində dünən axşamdan itkin düşən 11 yaşlı Əlif Akbayrakın axtarışlarına başlanıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tövrat - Gülcan Akbayrakın qızı Əlif Akbayrak, dünən axşam Giresun Bulancak qəsəbəsinin Semen yaylağında itib. Ailəsi ətrafda axtarış aparsa da tapa bilməyib və jandarma qruplarından kömək istəyib. Əlifin axtarışları davam edir.







Bələdiyyə başçısı Nuru Dəmir, "Qızımızın axtarışı gecədən etibarən davam edir. Qruplarımız çoxaldı, vətəndaşlarımız da qatılıb. Ən böyük mənfi faktor havanın dumanlı olmasıdı, göz - gözü görmür. Bu axtarış işlərini çətinləşdirir. Qızımızı inşallah tapacağıq. Diləyimiz budur. Ailəsi ilə kiçik bir mübahisə etdikdən sonra evdən ayrılıb. Obanın üst tərəfinə çıxıb və bir daha geri dönməyib. İnşallah xeyirlisi olar, tapmağa ümid edirik" deyə bildirir.



Axtarış  işləri, sıx dumana baxmayaraq AFAD, AKUT, UMKE və jandarma qrupların tərəfindən icra edilir. Qızın izinə təqib itləri də salınıb. Şahidlərin ifadələrindən yola çıxılaraq təxmin edilən yerlərdə axtarışlar davam edir.

İtkin qızın atası Tövrat Akbayrak, gözyaşları içində axtarış- arama yerinə gələrək xəbər gözləyir. Ata qızına aid bəzi paltar və əşyaları təqib itlərinə yardım olması üçün xilasedicilərə verib.

Əlif Akbayrakın ögey anası Gülcan Akbayrak da bunları deyir:


"Heyvanları qaytarmağa getdik, mən bir az qabaqda gəlirdim, o üst yoldan, arxamdan gəlirdi. Heyvanları axıra bağladım, Əlif evə dönmədi. Sağa - sola baxdıq, yox idi. Axşamdan bəri axtarırıq. Dəqiq, arxamdan gəlirdi, sıx duman vardı. Bir problemi yox idi, çalışqan bir şagird idi. Psixoloji problemi yox idi. Ümid edirik sağ-salamat tapılar". 

Əlifi son görənlərdən yayla sakini Nezir Usta da "Axşam anasıyla heyvanları qaytarıb yuxarıdan gəlirdilər. Evə yaxın bir yerdə sis və duman vardı, orada itdi uşaq. Gecə əl fənərləriylə hər yeri axtardıq, tapa bilmədik. Bütün el- oba hər yerə baxdıq, amma bir nəticə ala bilmədik. İndi də təhlükəsizlik gücləri axtarır" deyə danışıb.

Əlif Akbayrakı sonuncu dəfə görən Aişə Temizel isə bunlarə söyləyir:

"Axşam bağçada işləyirdim, yanında it vardı. İt hürdü; “Niyə hürür” deyə baxdım, Əlifi gördüm. Qorxduğunu sandım. “Qorxma qızım, "karabaş gəl" desən o sənə bir şey etməz” dedim. O da mənə “Mən itdən qorxmuram ki...” söylədi. Mənə başqa bir şey demədim. Gecədən bəri axtardıq, tapa bilmədik. İnşallah yaxşı xəbərlərini alarıq” şəklində danışdı.

Turan