Qardabanidə və Qaracalarda son vəziyyət açıqlandı


Gürcüstanın Qardabani rayonunda koronavirusa yoluxanların ümumi sayı 46 nəfərə çatıb.

24News.ge xəbər verir ki, yoluxma hallarının 28-i Qaracalar kəndində qeydə alınıb.

Hazırda Qaracalar kəndindən alınan 388 testin cavabı gözlənilir.

Bu gün rayonun 2 yoluxması isə Birlik kəndində qeydə alınıb.

Qeyd edək ki, Qaracalar kəndinə giriş-çıxış iyulun 24-dən bağlanıb.