Ötən bazar Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı 500 mini ötüb.
“Sherg.az” “Le figaro.fr”ə istinadən xəbər verir ki, İngiltərə səhiyyə xidmətlərindən verilən məlumata görə, ötən həftənin bazar günü 22.961 nəfərdə testin cavabı müsbət çıxıb.
Bu da həmin həfətnin əvvəlki günləri ilə müqayisədə 10, 12 min çoxdur. Çünki bazar günündən öncə, Böyük Britaniyada gündəlik yoluxma sayı 10,12 min arasında dəyişirdi.
Xəbərdə qeyd edilir ki, 24 sentyabrdan başlayaraq oktyabrın 1-ə qədər Böyük Britaniyada yoluxmanın ən aşağı həddi 6, 7 min idi. Amma son günlər yoluxma daha da şiddətlənib.
Nəticədə dəqiq ifadə etsək , hazırda Böyük Britaniyada 502 min 978 insan koronavirusa yoluxub.
Tərcümə etdi: Ayyət Əhməd