Oktyabrın 6-ı səhər saatlarından etibarən Fransa hökuməti koronavirusla mübarizəni gücləndirmək məqsədilə Paris və ona yaxın şəhərlərdə məhdudlaşdırıcı tədbirlərə başladı.
"Sherg.az" "Le monde.fr"ə istinadən xəbər verir ki, artıq Fransada pandemiyanın daha geniş yayılma təhlükəsinə görə SOS siqnalı verilib. Məhz ona görə də barlar bağlanıb, toplantılar qadağan edilib, müəyyən restoranlar isə indi ciddi sanitar qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
Paris meri An İdalqo qeyd edib ki, paytaxtda sanitar-gigiyenik vəziyyt olduqca ciddi idi:
"Çünki Parisdə və ona yaxın şəhərlərdə pandemiya təhükəli həddə çatıb. Əslində isə bu təsirlər önləyici tədbirlərdir. Sərt və qabaqlayıcı tədbirlər götrülməsə, pendemiya olduqca sürətlə yayıla bilər. Onun qarşısı almaq çətinləşər".