COVİD-19 Fransanı "silkələdi": Bir sutkada 20 min yoluxma, 62 ölüm - Şiddətlənir !

Son 24 saat ərzində Fransada koronavirusa yoluxanların sayı rekord həddə çatıb.
"Sherg.az" "Le Figaro.fr"ə istinadən xəbər verir ki, oktyabrın 9-da bu ölkədə 20 min insan COVİD-19-a yaxalanıb.
Xəbərdə qeyd olunur ki, pandemiya yayıldığı andan bu günə qədər ümumilikdə Fransada koronavirusdan ölənlərin sayı 32 min 630 nəfərə yüksəlib.

Virusun yenidən şiddətlənməsi Fransa cəmiyyətində ajiotaj yaradıb. Ona görə ki, ötən günlərlə müqayisədə yoluxanların sayı 10,4 faiz artıb və son 24 saat ərzində 62 nəfər dünyasını dəyişib. 

Məlumatda o da əlavə olunur ki, son bir həftə müddətində virusa yoluxmuş 4837 nəfər xəstəxanaya yerləşdirilib və onlardan 921-i reanimasiyadadır.

Tərcümə etdi: Ayyət Əhməd