“Hər yeri ağ görürəm” dedi və 1 saat sonra ölü tapıldı

Antaliyada yaxınlarının xəbər ala bilmədiyi Vəli Türkmən (55), tək yaşadığı evində ölü tapılıb. Türkmənin, yaxınlarıyla günorta saatlarında danışdığı və o sırada hər yeri ağ gördüyünü, yaxşı olmadığını söylədiyi bildirilir.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, saat 18.30 radələrində 4 mərtəbəli binada baş verib. Birinci mərtəbədə tək yaşayan Vəli Türkmən, günorta saatlarında yaxınlarıyla telefonda danışarkən özünü pis hiss etdiyini söyləyib.

Türkmən, hər yeri ağ gördüyünü deyib. Bundan sonra yaxınları təxminən 15 dəfə Türkməni axtarsalar da onu tapa bilməyiblər. Bundan sonra  112 Təcili Çağırış Mərkəzinə xəbər verilib. Qısa müddətdə polis və sağlamlıq qrupları hadisə yerinə gəlib. Türkmənin həyatını itirdiyi təyin olunub. Türkmənin bacısı oğlu evin qarşısında gözyaşlarına hakim ola bilməyib.
Polis qruplarının hadisə yeri araşdırmasının ardından Türkmənin cəsədi Antaliya Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.
Hadisə ilə əlaqədar istintaq başlayıb.

Turan