ABŞ İordaniya Kralına tam dəstəyini ifadə edib

Vaşinqton İordaniya Kralı II Abdullahı ABŞ-ın "əsas tərəfdaşı" hesab edir və onu tam dəstəkləyir.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: "Məlumatları yaxından izləyirik və İordaniya rəsmiləri ilə əlaqə saxlayırıq. Kral II Abdullah ABŞ-ın əsas tərəfdaşıdır və onu hərtərəfli dəstəkləyirik".

Xatırladaq ki, daha əvvəl xarici KİV-lər İordaniyada dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirdilər.