Saxta “Zeusun oğulu” heykəlini satmağa çalışanlar tutuldu

Türkiyənin Dənizli şəhərinin Pamukkale qəsəbəsində gipsdən hazırlanan heykəli "Zeusun oğulu" kimi satmağa çalışan şəxslər saxlanılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları Karahayıt məhəlləsində I. A, M. A. və O.A-in tarixi əsəri satmaq üçün müştəri axtardıqları xəbəri üzərinə hərəkətə keçib.

“Tarixi əsər”i almaq üçün jandarma qrupları həmin şəxslərlə əlaqə qurub. Aralarında "Zeusun oğulunun" heykəlinin də olduğu 4 heykəli 1 milyon lirəyə satmaq istəyən 3 şübhəli tutulub.

Araşdırma zamanı, 2 kişi fiquru və 2 qadın fiquru heykəlinin gipsdən hazırlandığı müəyyən olunub.

Turan