Tbilisidə cərimələrin silinməsi tələbi ilə aksiya keçirilir

Gürcüstan  parlamentinin qarşısında vətəndaş fəallar tərəfindən etiraz mitinqi davam edir.

24News.ge xəbər verir ki, etirazçılar “komendant saatı”nın ləğv edilməsini və yazılı cərimələrin silinməsini tələb edirlər.

Etirazçılar parlament binası önündə səhnə quraraq konsert proqramı nümaiş etdirirlər.

Məlumata əsasən, konsert bütün gecə davam edəcək və səhər 05:00-da başa çatacaq.